Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Cia.az-in Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qumux kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.
