|
ABŞ-da “omicron”a yoluxanların çoxu peyvənd olunub

ABŞ-da “omicron” ştamına yoluxanların əksəriyyəti tam peyvənd olunanlardı.

Cia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) bildirilib ki, “omicron” ştamına yoluxan 43 nəfərdən 34-ü peyvənd olunanlardı. Onlardan 14-ü artıq təkrar peyvənd edilib. Peyvənddən 14 gün keçməmiş beş yoluxma halı qeydə alınıb.

Mərkəzin hesabatında qeyd olunur ki, yoluxanların əksəriyyətində öskürək, burun tutulması və yorğunluq kimi yüngül simptomlar var. Çox az hallarda xəstələr ürəkbulanma, qusma, nəfəs darlığı, ishal, dad və ya qoxu itkisinin olduğunu bildiriblər.