Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədəki qadın deputatlar xaricə qaçmalı olub.
Cia.az BBC-yə istinadən xəbər verir ki, 69 qadın deputatdan 60-ı müxtəlif ölkələrdə yaşayır.
Lakin onlar öz ölkələrində qadın hüquqlarının pozulmasına qarşı mübarizəni davam etdirmək istəyirlər.
Adını açıqlamaq istəməyən “Məşid” ləqəbli əfqan deputat bildirib ki, Taliban hakimiyyətə gəldikdən dərhal sonra gizlənmək məcburiyyətində qalıb. Lakin o, bir evdə iki gecədən artıq qala bilməyib. O, çox izdihamlı və qarışıq görüntülərə səhnə olan və bir sıra partlayışaların baş verdiyi Kabil hava limanına ailəsini apararaq risk etmək istəməyib.
“Ölkəni tərk etməyin asan yolu yoxdur. Əfqanıstanın qapıları bağlıdır”, - deyə qadın deputat bildirib.
