Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.
Cia.az Oxu.Az-a istinadən xəbər verir ki, partiyanın nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Foto: Kərim Abbasov
