|
Ermənistanda hərbi hissədə insident oldu

Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrdən birində hərbçi əsgər yoldaşlarını güllələyib.

Cia.az xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. İnsident dekabrın 10-u təqribən 19:30 radələrində baş verib.

 

Hadisə nəticəsində 19 yaşlı əsgər Senik Arzumanyan ölüb, daha iki hərbçi isə yaralanıb.