|
Abutalıbov Bakı sakinlərini və qonaqları Gül bayramına çağırır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərini və ölkəyə gələn qonaqları müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir.

Cia.az BŞİH-ə istinadən bildirir ki, Gül bayramı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək.

Həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.

Cia.az