|
Azərbaycan boksçusu Serbiyada beynəlxalq turnirə qatılacaq

Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq.

Millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. 75 kq çəki dərəcəsində gücünü yoxlayacaq boksçumuz səfərə bu gün yollanacaq.

Qeyd edək ki, yarışda püşkatma dekabrın 14-də olacaq.