Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusunda dəvət edilməsini təklif edib.
Cia.az xəbər verir ki, Nazarbayev bu barədə Ali Avrasiya İqtisadi Şurasıın iclasında çıxışı zamanı bildirib.
“Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən mübahisələrdən sonra münasibətlərin yaxşılaşmasını ürəkdən alqışlayıram. Düşünürəm ki, biz hamımız belə hesab edirik”, - deyə Nazarbayev vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Moldava, Özbəkistan və Kuba isə ittifaqda müşahidəçi dövlətlər statusuna malikdirlər.
