Biləsuvar rayon sakini kimyəvi məhlul içərək özünü zəhərləyib.
Cia.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində baş verib.
Kəndi sakini, 1972-ci il təvəllüdlü Dövlətov Vüqar Bulud oğlunun ailə üzvləri onun yaşadığı ünvanda kimyəvi məhlul olan “Neastol” içərək özünü zəhərlədiyini müəyyən ediblər.
V. Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
