|
Ermənistanda 20 nəfər

Ermənistanda son sutkada 347 nəfərdə koronavirus aşkarlanıb.

 

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 342 115-ə çatıb.

 

Yoluxanlardan 20 nəfər dünyasını dəyişib. Belə ki, ölənlərin sayı 7 767-ə yüksəlib. Hazırda ölkədə 8 652 aktiv koronavirus xəstəsi var. İndiyə qədər 323 016 xəstə infeksiyadan sağalıb.