Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında neft daşıyan qatarın aşması ilə əlaqədar əsl xaos yaşanıb.
Qəzanın baş verdiyi Heymdel şəhərinin sakinləri təxliyə edilib.
Məlumata görə, qəza zamanı qatardakı 109 sisterndən 107-si neftlə dolu olub. Qəzadan sonra partlayış baş verib və qatarın böyük bir qismi yanıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Cia.az

