|
Ermənistan parlamentində sərhədlə bağlı növbədənkənar iclas keçiriləcək

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası ilə bağlı növbədənkənar iclas keçiriləcək.

Cia.az “News.am”a istinadən xəbər verir ki, iclas dekabrın 15-i 12:00-da keçiriləcək.

 

Növbədənkənar iclas müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü əsasında baş tutacaq. İclasın gündəliyində isə yalnız bir məsələ - Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası var.