|
Mahir Emreli üçün son şans

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçiriləcək.

Cia.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etidiyi “Legiya” komandası doğma meydanda Moskva “Spartak”ını qəbul edəcək.

Qrupun digər matçında “Napoli” “Lester Siti” ilə üz-üzə gələcək. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansı var.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

C qrupu

21:45. Legiya (Polşa) – Spartak (Moskva, Rusiya)
21:45. Napoli (İtaliya) – Lester Siti (İngiltərə)