|
Azərbaycan Badminton Federasiyasında prezident seçkisi keçiriləcək

 

 

Bu gün daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

Cia.az-ın xəbərinə görə, konfrans vaxtı Azərbaycan Badminton Federasiyasında prezident və vitse-prezidentlər bilinəcək.

 

Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq seçki Azərbaycan Güləş Federasiyasının Hesabat-Seçki Konfransından sonra keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının hazırkı prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.