|
Kreml: ABŞ yaxşı başa düşür ki, SSRİ-nin bərpası mümkün deyil

SSRİ-ni yenidən bərpa etmək mümkün deyil.

Cia.az-ın xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ dövlət katibinin müavini Viktoriya Nuland yaxşı başa düşür ki, SSRİ-ni yenidən bərpa etmək mümkün deyil”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, V. Nuland ABŞ hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etmək səylərindən qorxduğunu açıqlayıb.