|
20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin olunub

“İndiyə qədər 35 min şəhid ailəsi və qaziyə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”.

Cia.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, cari il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-dək mənzil verilib:

 

“İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərlərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edə bilməsinə və əmək bazarına daxil olmasına şərait yaranmış olacaq”.

S.Babayev əlavə edib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluq proqramına cəlb olunub: “Əlavə 2500 nəfər işlə təmin edilib. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazilər işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid əlaqələndirmə mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən 3 ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik”.