|
Mikayıl Cabbarovun federasiyasında bu gün seçki olacaq

Bu gün Azərbaycan Badminton və Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək. Cia.az xəbər verir ki, konfranslar saat 17:00-da başlayacaq. 

Hər iki federasiyada növbəti 4 il üçün prezidentlər və icraçılar müəyyənləşəcək. 

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının hazırki prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Güləş Federasiyasının prezidenti postu isə 2018-ci ildən boşdur. Sonuncu dəfə bu postu sabiq vergilər naziri Fazil Məmmədov tutub.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Badminton Federasiyası ilə vidalaşacağı və AGF-nin prezidenti postuna əsas namizəd olacağı bildirilir.