|
İraqda bomba yüklü avtomobil partladılıb, 7 nəfər ölüb

İraqın Bəsrə şəhərində törədilən terror aktı zamanı ən azı 7 nəfər həlak olub.

Cia.az  İraqın “Al-Sumaria” telekanalına istinadən verdiyi xəbərə görə, bomba yüklü avtomobil restoranlardan birinin girişində partladılıb.

Ölənlərin sayının artacağı istisna olunmur.