|
Suriya üzrə danışıqların növbəti raundu keçiriləcək

“Astana formatı” üzrə Suriya ilə bağlı danışıqların növbəti raundu 21-22 dekabr tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

Cia.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Suriya üzrə danışıqlarda bütün tərəflərin iştirakını təsdiqlədiyi vurğulanıb.