|
Göygöldə 13 yaşlı oğlan itkin düşüb

 

 

Göygöldə 13 yaşlı oğlan itkin düşüb.

 

APA-nın məlumatına görə, rayonun Yeni Qızılca kənd sakini, 2008-ci il təvəllüdlü Orucov Gəray Ədalət oğlu dekabrın 3-ü səhər 6 radələrində evdən çıxıb, geri qayıtmayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.