|
Prezidentdən Ermənistana

“Qarabağ müharibəsində qazanılmış Qələbə hamımızın Qələbəsidir”.

Cia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə söyləyib.

O bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı:

 

“Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”.

Qarabağda və Zəngəzurda quruculuq işlərinin aparıldığını qeyd edən dövlət başçısı deyib:

“Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyl olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər.

Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır”.

Prezident vurğulayıb ki, əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq:

“Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü”.