|
Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşüb

Ekoloji, hərbi xidmət əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cinayət törədən və 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat XidmətindənCia.az-a bildirilib ki, Amnistiya Aktı ekoloji cinayətlər törətmiş 48, hərbi xidmət əleyhinə olan cinayətlər törətmiş 45, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş 220 şəxsə tətbiq edilib.