|
"Altın kelebek"i qazanan azərbaycanlı sənətçi:

Xəbər verdiyimiz kimi ötən gün Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma mərasimində "Azərbaycanın ən parlayan ulduzu" nominasiyasına müğənni Nahidə Babaşlı layiq görülüb.

CIA.AZ  bildirir ki, sənətçi bununla bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb:
"Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərim və heç dayanmayan gözyaşlarımla başlayıram.
Kiçik xəyallarımla çıxdığım bu yol heç ağlıma gətirməyəcəyim yerlərə gəldi. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər".