|
Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü

 

 

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.

Bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb. 

 

O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:

“Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.

Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.