Bakıda sürücü piyadanı vuraraq öldürüb.
Cia.az-ın məlumatına görə, hadisə Zabrat-Kürdəxanı istiqamətində baş verib.
- 90-KY-659 dövlət nömrə nişanlı VAZ-2106 markalı maşının sürücüsü Əfqan Babayev həmin istiqamətdə 40-45 yaşlarında qadını vurub. Piyada hadisə yerində vəfat edib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a faktı təsdiqləyib.
O, sürücülərdən yollarda diqqəti olmağı, piyadalardan isə nəzərdə tutulmayan yerlərdən yolu keçməməyi xahiş edib.
