|
Nazirin yeni müavinindən açıqlama

“Gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm”.Cia.az xəbər verir ki, bu sözləri gənclər idman nazirinin müavini təyin olunan Mariana Vasileva öz feysbuk hesabında yazıb.

 

O, təyinatı barədə fikirlərini açıqlayıb : “Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”.