|
13 yaşlı oğlan istirahət zamanı öldü

Qusar rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Cia.az xəbər verir ki, hadisə dekabrın 5-də rayonun Laza kəndində qeydə alınıb. Yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. 

 

Hadisəni Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo"ya təsdiqləyiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.