|
“Pandemiya həyatımızı alt-üst etdi, bunu düşündükcə əsəbiləşirəm”

“Pandemiya həyatımızı alt-üst etdi. Mən bu barədə bir şey söyləyə bilmirəm, düşündükcə əsəbiləşirəm”. 

Cia.az xəbər verir ki, bu barədə Nobel mükafatı laureatı Əziz Sancar Bakıda keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, bununla müvafiq alimlər məşğul olsunlar.

 

A.Sancar, həmçinin əlavə edib ki, fundamental elmlərə sərmayə yatırılmalıdır: “Əgər Türkiyə, Azərbaycan və digər türk dövlətləri elm və texnologiyada irəlidə olarsa, biz masada da heç bir zəfəri itirmərik. Mən əlimdən gələn qədər türk dövlətlərini ziyarət edirəm və dövlət idarəçilərini elmə böyük sərmayənin vacib olduğunu  izah etməyə çalışıram. Texnologiyadan əlavə, dünyada haqqımızı qoruyacaq səviyyəyə çatmaq istəyiriksə, fundamental elmləri öyrənməliyik”.