|
Rəisi Azərbaycanla imzalanan sazişdən danışdı

“Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsinə dair imzalanan saziş İranı regional tranzit mərkəzinə çevirə bilər”.

Cia.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi yerli telekanallara verdiyi açıqlamasında deyib.

 

Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə bir sıra mühüm sazişlər bağlayıb.

Qeyd edək ki, noyabrın 28-i Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi ilə bağlı saziş imzalanıb. Sazişə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək təbii qaz göndəriləcək. Müqavilənin icrasına dekabrın 22-dən etibarən başlanılacaq.