|
Türkiyədə zəlzələ oldu

Bazar ertəsi Türkiyənin şərqində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Cia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 350 min nəfər əhalisi olan Van şəhərindən 44 km şimal-şərqdə yerləşib.

Təkanın mərkəzi 2 km dərinlikdə yerləşb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.