|
Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər

Azərbaycan Türkiyənin “Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır”.

Cia.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.

 

“TCG Anadolu”nun (amfibiya hücum gəmisinin-red) 2022-ci ildə istifadəyə verilməsinə çalışırıq. Gəmiyə PUA-nın yerləşdirilməsi ilə bağlı layihə davam edir.

 

Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”, - İsmayıl Demir əlavə edib.