|
85 yaşlı kişi partlayışda öldü

Gəncə şəhərində noyabrın 30-da evdə qaz sızmasından baş vermiş partlayışda xəsarət alan şəxs ölüb.

 

Cia.az xəbər verir ki, partlayış nəticəsində 1935-ci il təvəllüdlü Həsən Musayev ağır xəsarət alıb.

 

O, müalicə olunması üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

 

H.Musayev xəstəxanada vəfat edib. (“Qafqazinfo”)