|
Rusiyanı “Miss Kainat 2021” yarışmasında azərbaycanlı təmsil edəcək -

 

 

İsraildə keçiriləcək "Miss Kainat 2021" yarışmasında Rusiyanı azərbaycanlı iştirakçı təmsil edəcək. Ralina Arabova adlı iştirakçı "Vitse-miss Rusiya - 2019"  "Miss Tatarıstan - 2019" titullarının sahibidir. 

Ralina Arabova Kazanda dünyaya göz açıb. Anası tatar, atası azərbaycanlıdır. 

 

Qız ailəsinin maddi vəziyyətinə dəstək verməkdən ötrü 8 yaşından müxtəlif gözəllik yarışmalarında iştirak edir. O, "Miss Kainat" yarışmasında iştirakı əlçatmaz arzularından adlandırıb.