|
Putinlə Baydenin görüş vaxtı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden dekabrın 7-də videobağlantı vasitəsilə görüşəcəklər.

Cia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Məlumata görə, liderlər ikitərəfli münasibətlərdəki vəziyyəti müzakirə edəcək və beynəlxalq gündəmdəki aktual məsələlər - Əfqanıstan, İran, Liviyadakı vəziyyət və Ukrayna məsələsinə toxuna bilərlər.