Cəlilabadda qətl hadisəsi baş verib.
Cia.az-ın verdiyi məlumata görə, rayonun Sabirabad kəndində 1999-cu il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, Vüsal Əliyev Akif Heydərov adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisə mübahisə zəminində baş verib.
