|
Malatyada "Qarabağ" Parkı açılır-

Malatyada keçirilən “Kitab fuarı” və “Azərbaycan Ədəbiyyatı” gecəsi münasibəti ilə tədbir keçirilib. Cia.az xəbər verir ki, təşkil edilmiş tədbirə qatılan Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza, tanınmış yazıçı Elçin Hüseynbəyli, “Persona.az” ədəbiyyat portalının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, “Ədəbiyyat” qəzetinin redaktoru Sarvaz Hüseynli tədbirdə çıxış edərək, Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıblar. Burada Azərbaycan ədəbiyyatı ilə bağlı, dəvətlilərə məlumatlar verilib.

Millət vəkili Qənirə Paşayeva, Malatya Bələdiyyə sədrindən orada “Qarabağ” parkı açılmasını xahiş edib. Bələdiyyə sədri isə bu xahişi tezliklə həyata keçirəcəyinə söz verib. Hətta görüşdə iştirak edənlər də açılışa dəvət edilib.

Cia.az