İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin formalaşdırılmasına dair koalisiya sazişinin imzalanmasına nail olub. Məlumatı Reuters yayıb.
Koalisiyaya baş nazirin başçılıq etdiyi "Likud" partiyası və sağçı milli-dini "Yəhudi evi" partiyası daxildir.
Nazirlər Kabinetinin tərkibinin təsdiqlənməsi üçün parlamentin yeni tərkibində Netanyahu tərəfdarlarının minimal üstünlüyü kömək edəcək. Koalisiyaya Knessetin 120 deputatından 61-i qoşulub.
Cia.az
