|
Gələn il üçün Hesablama Palatasına xərclər smetası məlum olub

Gələn il Hesablama Palatası aparatının (Hesablama Palatasının Naxçıvan MR üzrə idarəsi istisna olmaqla) xərclər smetası 10 085 531 manat olacaq.

Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu vəsaitin 9 154 866 manatı əməyin ödənişi üçün nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.