|
Nazir müavini bu işindən istefa verdi

Gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilən Marina Vasileva Azərbaycan gimnastika yığmasının baş məşqçisi postundan ayrılıb. 

Bu barədə Cia.az-a nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib. 

 

O bildirib ki, nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq.