|
Mark Şnayer İlham Əliyevə təşəkkür etdi

 

 

“Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer Azərbaycandakı multikultural mühiti yüksək qiymətləndirib.

Cia.az-ın məlumatına əsasən, Şnayer Azərbaycanda bütün xalqların nümayəndələrinə, o cümlədən yəhudilərə dövlət səviyyəsində böyük diqqət ayrıldığını qeyd edib.

 

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. O, mədəniyyətlər arasında sülhün təşviqində böyük rol oynayıb”, - deyə Şnayer əlavə edib.