Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycana başsağlığı verib.
Cia.az xəbər verir ki, gürcü nazirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbər məni dərindən kədərləndirdi. Gürcüstan bu kədərli anda Azərbaycan xalqının yanındadır. Həlak olanların ailələrinə başsağlığımı çatdırır, yaralananlara şəfa diləyirəm”.
