|
Ceyhun Bayramov Stokholma yola düşdü

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.

Cia.az XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

 

Eyni zamanda, XİN rəhbərinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.