|
Bakı üçün vacib bəyannamə

"Avropa İttifaqı mayın sonunda keçiriləcək Riqa sammitində birgə bəyannamə imzalamağa ümid edir. "Şərq tərəfdaşlığı" ölkələri kimi, Azərbaycan da bu bəyannamənin bir hissəsi olacaq".

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib: "Biz ümid edirik ki, bəyannamə bütün ölkələrin hökumətləri tərəfindən imzalanacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün də vacib olacaq. Biz "Şərq tərəfdaşlığı" siyasətinin sonrakı yolunu müəyyənləşdirməyə kömək edən bəyannamədən çox şey gözləyirik".
Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" proqramı Rusiyaya qarşı yönəlməyib. 
Xatırladaq ki, "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusu əhatə edir.

Cia.az