|
Həkimə Kliniki Tibbi Mərkəzdə yüksək vəzifə verilib

 

Kliniki Tibbi Mərkəzdə yeni təyinatı olub.

Bu barədə klinika məlumat yayıb. 

Bildirilib ki, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov bundan sonra Kliniki Tibbi Mərkəzdə fəaliyyətini davam etdirəcək.

 

F.Qaralov Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.

O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 

2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.