|
Mixeil Saakaşvili məhkəməsini yarımçıq tərk etməli olub

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəməsi onun iştirakı olmadan davam edəcək.

Cia.az-in yerli bürosu xəbər verir ki, iclasda onun vəkili Beka Basilaya həkimlərin tövsiyəsini səsləndirib.

Onun sözlərinə görə, M.Saakaşvilinin sağlamlıq durumu ona prosesdə sona qədər iştirak etməyə imkan vermir.

Saat 17:00-dək davam edəcək iclasda 15 dəqiqəlik fasilə elan olunub.