Amerikanın asayiş keşikçiləri 56 il gizlənən yaşlı kişini ələ keçiriblər.
Ohayo ştatının sakini Frenk Freşuoters 1957-ci ildə avtomobili ilə piyadanı vurub.
O, ölümlə nəticələn avtomobil qəzasına görə ittiham olunub. Daha sonra onu girov müqabilində azad etsələr də, buraxılma şərtlərini pozduğu üçün yenidən həbsxanaya qaytarılıb.
Frenk 1959-ci ilin axırlarında həbsxanadan qaçmağı bacarır və elə gizlənir ki, barəsində axtarış verilsə də, polis onu yalnız 20 ildən sonra tapa bilir.
1979-cu ildə Qərbi Virciniya ştatında yaxalansa da, bilinməyən səbəblərə görə qubernator onu ekstradisya etməkdən imtina edir.
Hazırda müttəhim yenidən digər ştatda yaxalanıb. O Ohayo ştatına ekstradisiya edilməsi üçün nəzarətdə saxlanılır.
Cia.az
