AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov beynəlxalq qarşılaşmaya təyinat alıb.
Cia.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin “Çelsi" komandaları arasında keçiriləcək VI tur matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 8-də Sankt-Peterburq şəhərindəki “Qazprom Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
