|
Bakıda əlbəyaxa dava zamanı oğlana üç bıçaq zərbəsi vurulub

Bakının Xəzər rayonunda bir nəfər bıçaqlanıb.

cia.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü İsayev Namiq Natiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı ona üç bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.