|
Masazırda ev yanır SON DƏQİQƏ

Abşeron rayonunda ikimərtəbəli yaşayış evində yanğın olub.

Cia.az-in xəbərinə görə, hadisə Masazır qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, ikimərtəbəli yaşayış evində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.