|
Qırğızıstanlı deputat hakimiyyəti ələ keçirməyə cəhd iddiası ilə saxlanılıb

 

 

Qırğızıstan parlamentinin deputatı hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bağlı saxlanılıb.

Bu barədə yerli “24” xəbər agentliyi respublikanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

“Hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı cinayət işinin istintaqı çərçivəsində parlamentin deputatı Bakıtbek Jetigenov saxlanılıb”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS